"Saxo Bank": Neftin ucuzlaşması riski daha yüksəkdir - EKSKLÜZİV

"Saxo Bank": Neftin ucuzlaşması riski daha yüksəkdir - EKSKLÜZİV Sentyabrın ikinci həftəsindən etibarən neftə tələbat azalmağa başlayır
Energetika
31 Avqust , 2017 15:02
Saxo Bank: Neftin ucuzlaşması riski daha yüksəkdir - EKSKLÜZİV

Bakı. 31 avqust. REPORT.AZ/ Qlobal bazarda neft qiymətlərinin azalması riski daha yüksəkdir. 

Bunu "Report"a açıqlamasında "Saxo Bank"ın valyuta strategiyası üzrə mütəxəssisi Con Hardi (John Hardy) neft qiymətlərinin cari ilin sonu və 2018-ci il üçün proqnozları ilə bağlı sualı cavablandırarkən bildirib.

Analitikin fikrincə, iyul ayında neft hasilatı və qlobal neft ehtiyatları barədə müxtəlif xəbərlər açıqlanıb. Nəticədə WTI markalı neft 48,5 dollar/barel səviyyəsindəki qiymətini qoruyub saxlaya bilib. Avqust ayında alqı-satqı arasında diapazonun üst həddi, 50-günlük ortaçəkili aşağı həddi 48,5 dollar/barel səviyyəsinə qədər daralıb. Bununla yanaşı, risk premiyası azalma tendensiyası göstərib.

"Qiymətlərin artması bazarın 50 dollar/barel səviyyəsini keçməsi ehtimallarını artıracaq. Bu da, öz növbəsində, ABŞ istehsalçılarının hedc əməliyyatlarını artıra bilər. Qiymətlərin azalma riski isə 14 mart tarixindən sonra investisiya fondlarının qeydə alınan maksimal uzun mövqelərini kəskin azaltması nəticəsində 4-cü satış dalğasını yarada bilər", - deyə C.Hardi vurğulayıb.

Bank rəsmisi həmçinin bildirib ki, bazardakı mövsümi amillər də nəzərə alınmalıdır. Belə ki, sentyabrın ilk həftəsində, adətən, neftə olan tələbatın pik həddi yaşanır və daha sonra tələb getdikcə azalmağa başlayır.

Son xəbərlər

Orphus sistemi