"Saudi Aramco"nun səhmlərinin ilk kütləvi tədavülündə 44,3 milyard dollarlıq təklif gəlib

Energetika
  • 30 noyabr, 2019
  • 06:27
Saudi Aramconun səhmlərinin ilk kütləvi tədavülündə 44,3 milyard dollarlıq təklif gəlib

Səudiyyə Ərəbistanın neft şirkəti "Saudi Aramco"nun səhmlərinin ilk kütləvi tədavülündə (IPO)  investorlardan gələn təklif 44,3 milyard dollar olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, hökumətin proqnozlarından 1,7 dəfə çoxdur.

Məlumata görə, beynəlxalq birjalarda 4,9 milyon insan "Saudi Aramco"un səhmlərini satın almaq üçün müraciət edib.

44 - Tezliklə