“Saudi Aramco” törəmə şirkətinin 49 faizini satıb

“Saudi Aramco” törəmə şirkətinin 49 faizini satıb Dünyanın ən böyük və ən bahalı neft şirkəti olan “Saudi Aramco” törəmə şirkəti olan “Aramco Gas Pipelines Company”nin 49 faiz payını Amerikanın “BlackRock” və “Saudi Hassana Investment”in rəhbərlik etdiyi beynəlxalq investorlar konsorsiumuna satmaq üçün m
Energetika
24 Fevral , 2022 04:48
“Saudi Aramco” törəmə şirkətinin 49 faizini satıb

Dünyanın ən böyük və ən bahalı neft şirkəti olan “Saudi Aramco” törəmə şirkəti olan “Aramco Gas Pipelines Company”nin 49 faiz payını Amerikanın “BlackRock” və “Saudi Hassana Investment”in rəhbərlik etdiyi beynəlxalq investorlar konsorsiumuna satmaq üçün müqavilə bağlayıb.

“Report” xəbər verir ki, şirkətin rəsmi saytında yerləşdirilən məlumata əsasən müqavilənin dəyəri 15,5 milyard ABŞ dolları təşkil edib.

Müqavilənin şərtlərinə görə, “Saudi Aramco” “Aramco Gas Pipeline Company”yə öz törəmə müəssisəsindən 20 il müddətinə icarəyə götürəcəyi qaz kəməri şəbəkəsindən istifadə etmək hüququ verib və ona qaz nəqli üçün müəyyən tarif ödəyəcək.

Eyni zamanda, “Saudi Aramco” “Aramco Gas Pipeline Company”nin nəzarət paketini özündə saxlayıb və qaz kəmərləri şəbəkəsinə operativ nəzarəti davam etdirəcək.

Razılaşma “Səudiyyə Aramco”ya neft və qaz hasilatının həcmi ilə bağlı heç bir məhdudiyyət qoymur.

“BlackRock” və “Hassana Investment” ilə yanaşı, konsorsiuma Çinin “Silk Road Fund” və “China Merchants Capital”, eləcə də Sinqapurun “Keppel Infrastructure Trust” daxildir.

Son xəbərlər

Orphus sistemi