Yuxarı

​"Saudi Aramco" neft hasilatını artıracaq

Bu il dünyada gündəlik neft tələbatının 1,2 mln. barel artacağı proqnozlaşdırılır

Bakı. 10 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanın "Saudi Aramco" dövlət neft şirkəti 2016-cı il ərzində hasilatı əhəmiyyətli əkildə artırmağı və bununla da bazar mövqeyini möhkəmləndirməyi planlaşdırır. "Report" xəbər verir ki, bunu şirkətin baş direktoru Amin Nasser "Bloomberg" agentliyinə açıqlamasında bildirib. 

A.Nasserin sözlərinə görə, "Saudi Aramco" ölkə xaricində öz mövqelərini gücləndirərək, İndoneziya, ABŞ, Hindistan, Vyetnam, Çin və Cənubi Afrikada müştərək müəssisələr açmağı planlaşdırır. Bundan əlavə, şirkət yaxın bir neçə həftə ərzində "Şeyba" yatağında neft hasilatını 33% artıraraq gündəlik 1 mln. barelə çatdırmaq fikrindədir. 

Baş direktor deyib ki, bu yataq şirkət üçün çox önəmlidir və yaxın 10 ildə burada qaz hasilatını ikiqat artırmaq niyyətindədir.

A.Nasser açıqlamasında 2016-cı ildə dünyada gündəlik neft tələbatının 1,2 mln. barel artacağını proqnozlaşdırdıqlarını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi