Saltuk Düzyol: "TANAP-ın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq" - EKSKLÜZİV

Saltuk Düzyol: "TANAP-ın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq" - EKSKLÜZİV Eskişehir. 12 iyun. REPORT.AZ/ Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq.
Energetika
12 iyun 2018 16:14
Saltuk Düzyol: TANAP-ın Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq - EKSKLÜZİV

Eskişehir. 12 iyun. REPORT.AZ/ "Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin Türkiyəyə və Azərbaycana həm iqtisadi, həm də siyasi faydaları olacaq".

Bunu “Report”a TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.

“2015-ci il martın 17-də TANAP-ın təməlqoyma mərasimindən keçən 3 il 3 ay müddətində böyük işlər görülüb. Kəmərin 56 düymlük 1340 km uzunluğundakı hissəsi tamamlanıb. Türkiyəyə TANAP-la qaz verməyə hazırıq”.

Onun sözlərinə görə, iyunun 30-da Türkiyəyə kommersiya qazının nəqlinə başlanması planlaşdırılır.

S.Düzyol qeyd edib ki, TANAP-ın Avropaya qaz nəqli üçün nəzərdə tutulan hissəsinin (Faza-1) inşası da irəliləyir və bu hissədə işlərin 84%-i icra olunub: “TANAP Cənub Qaz Dəhlizi layihəsinin ən böyük həlqəsini təşkil edir. Bu layihə vasitəsilə həm də Türkiyənin enerji dəhlizi olmasına vasitəçi olacağıq. İnşa dövründə TANAP-da, təxminən, 13 min nəfərə məşğulluq təmin edilib. Boruların 80%-i Türkiyədəki şirkətlər tərəfindən istehsal olunub. Layihədə ən yüksək texnologiyalardan istifadə olunub, ən yüksək təhlükəsizlik standartları ilə iş görülüb. Bu mənada TANAP nümunəvi layihədir”. 

Son xəbərlər

Orphus sistemi