Bakı. 28 dekabr. REPORT.AZ/ 2018-ci il ərzində “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə "Azərişıq" ASC-yə 3 min sahibkar müraciət edib.
“Report” xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında “Azərişığ”ın Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmli bildirib.
E.Rüstəmlinin sözlərinə görə, ötən il bu rəqəm 1 000 olub:"Bu il “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə "Azərişığ"a 40 min məişət abonenti müraciət edib. Ümumi müraciətlərin sayına gəlincə isə bu 203 min civarında olub ki, ötən il bu rəqəm 140 min olub. Gün ərzində 200-dən artıq müraciət qeydə alınır ki, onun da 30-35%-i Bakının payına düşür".
“Azərişıq” rəsmisi deyib ki, gələn il üçün 200-dən artıq kəndin elektrik enerjisi şəbəkəsinin yenidən qurulması nəzərdə tutulur. "Bütün kəndlərsə 0,4 kVt-luk şəbəkələr qurulacaq. Hazırda “ASAN xidmət” Mərkəzi vasitəsi ilə 13 xidmət göstərilir. Növbəti il üçün daha 2 xidmət bu siyahıya əlavə ediləcək və xidmətlərin sayı 15-ə çatdırılacaq".
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, dekabrın 25-də Prezident
O qeyd edib ki, fərmana əsasən, sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosedurları 3-dən 2-yə, qoşulma müddəti isə 24 gündən 20 günə endirilib: “Yeni fərmandan sonra sahibkar “ASAN xidmət” Mərkəzinə müraciət edən kimi yerindəcə “Azərişıq” ASC-nin elektron xəritəsi üzərindən obyektin yeri və əlaqədar orqanların nümayəndələri ilə trassa müəyyənləşdiriləcək və sahibkar qısa bir zaman ərzində vahid tariflə kVt-a uyğun ödənişini edib gedəcək. Beləliklə, sahibkarla təmas birinci dəfə “ASAN xidmət”ə gələndə, ikinci dəfə isə 20 gündən sonra obyektə elektrik enerjisi verilmə anında olur. Bu fərmanın imzalanması sahibkarların işini asanlaşdırmaqla yanaşı 2018-ci ildə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərə xüsusi töhfə verib.
Ümumilikdə isə 2018-ci ildə həm əhali, həm də qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması ilə bağlı Nazirlər Kabineti tərəfindən qərarlar verilərək vahid tarif müəyyənləşdirilib və dərhal tətbiqinə başlanılıb. Əvvəlki tariflərlə müqayisə etdikdə birmənalı şəkildə demək olar ki, həm məişət abonentlərinin, həm də sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflər ucuzlaşdırılıb. Tariflər siyahısı həm Azərişıq ASC-nin “
Bildirilib ki, 2018-ci ildə “Azərişıq” ASC-nin “ASAN” brendi vasitəsi ilə göstərdiyi xidmətlərin sayı 10-dan 13-ə qaldırılıb. Mart ayında “Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu”, may ayında isə “yük hesabatının hazırlanması” və “istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi” adlı yeni xidmətlər yaradılıb.
Əvvəllər elektrik şəbəkəsinə qoşulma ilə bağlı sahibkarların və məişət abonentlərinin müraciəti paytaxtdakı “ASAN kommunal” mərkəzlərində qəbul olunurdusa, 2018-ci ilin əvvəlindən etibarən ölkənin bütün regionlarında fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində müraciətlər qəbul edilib.