“Şahdəniz” yatağından qaz hasilatında 13% artım proqnozlaşdırılır

Energetika
  • 23 yanvar, 2020
  • 09:21
“Şahdəniz” yatağından qaz hasilatında 13% artım proqnozlaşdırılır

2020-ci ildə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 18,7 mlrd. kubmetr qaz hasilatı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üzrə büdcəsinə verdiyi rəydə bildirilib.

“Şahdəniz” yatağı üzrə 2019-cu ilin proqnozu 16,5 mlrd. kubmetr təşkil edib. Qeyd edilib ki, “Şahdəniz” yatağı üzrə qaz hasilatının 2019-cu ilə nisbətən 13% artımı layihə üzrə əlavə quyuların istismara daxil olması ilə bağlıdır.

Energetika Nazirliyinin məlumatına görə, “Şahdəniz” yatağı üzrə ötən il qaz hasilatının həcmi 16,8 mlrd. kubmetr olub. Bu isə 2018-ci illə müqayisədə 46,7% çoxdur.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Son xəbərlər

Bütün Xəbər Lenti