“Şahdəniz” qazının ixracı 26%-dən çox artıb
Energetika
- 20 noyabr, 2019
- 07:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 22 004,9 mln. kubmetr qaz nəql edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədəəvvəlki ilin müvafiq dövrünə nisbətən 17,9% artım müşahidə olunub. Qazın nəqlinin 38,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Hesabat dövründə bu kəmərlə 8 376,9 mln. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 26% çoxdur.
Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.
Son xəbərlər
10:02
Türkiyə XİN Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
Region
09:48
Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb
Biznes
09:33
"Mançester Yunayted" "Nottingem Forest"in müdafiəçisi Murillonu yayda transfer etmək istəyir
Futbol
09:20
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Biznes
08:54
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
Digər ölkələr
08:18
Çində yaşayış kompleksində yanğın nəticəsində 14 nəfər ölüb
Digər ölkələr
08:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Daxili siyasət
07:45
Cozef Bayden xərçəng xəstəliyindən müalicəsinin gedişatını açıqlayıb
Digər ölkələr
07:13
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
Digər ölkələr