​"Şahdəniz-2" üzrə Azərbaycanda 22 mindən çox insan tikinti işlərinə cəlb olunub

​"Şahdəniz-2" üzrə Azərbaycanda 22 mindən çox insan tikinti işlərinə cəlb olunub Onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır
Energetika
24 May , 2016 13:02
​Şahdəniz-2 üzrə Azərbaycanda 22 mindən çox insan tikinti işlərinə cəlb olunub

Bakı. 24 may. REPORT.AZ/ Bu ilin I rübündə "Şahdəniz Mərhələ 2" layihəsi uğurla irəliləməyə davam edib. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 70%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

"Report"un "BP-Azerbaijan"a istinadən verdiyi xəbərə görə, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

"İsrafil Hüseynov" boru düzən gəmisi plana uyğun olaraq 32 düymlük sualtı ixrac kəmərinin 40 kilometrə yaxın hissəsini quraşdırıb.

Hesabat dövründə ATA sahəsində iki "Şahdəniz 2" platformasının üst modullarının istismara verilməsinə başlanılıb və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılıb. “Xankəndi” sualtı tikinti gəmisinin gövdə seksiyaları ilə burun hissəsinin birləşdirilməsi işləri də tamamlanıb. Ümumi inşası bitdikdən sonra bu yeni gəmi "Şahdəniz 2" sahəsinə aparılaraq sualtı qurğuların tikintisini aparacaq.

Qeyd olunub ki, 2016-cı ilin ilk rübündə Azərbaycanda artıq 22 mindən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdur ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Son xəbərlər

Orphus sistemi