Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq

Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq Sabahdan Azərbaycanda qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.
Energetika
30 Aprel , 2022 16:59
Sabahdan qazın istismarı ilə bağlı pozuntuya görə yeni cərimələr tətbiq olunacaq

Sabahdan Azərbaycanda qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

"Report" xatırladır ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.

Son xəbərlər

Orphus sistemi