Saatlının Azadkənd kəndinə təbii qaz verilib

Saatlının Azadkənd kəndinə təbii qaz verilib Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Saatlı rayonunun Azadkənd kəndinə təbii qaz verilib.
Energetika
27 Dekabr , 2018 15:13
Saatlının Azadkənd kəndinə təbii qaz verilib

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Saatlı rayonunun Azadkənd kəndinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə, 403 fərdi evdən ibarət kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 52 291 metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Son xəbərlər

Orphus sistemi