S&P bu il Azərbaycanda neft hasilatının artacağını proqnozlaşdırır

Energetika
  • 22 yanvar, 2022
  • 06:46
S&P bu il Azərbaycanda neft hasilatının artacağını proqnozlaşdırır

2022-ci ildə Azərbaycanda neft hasilatı gündəlik 0,77 milyon barrelə qədər artacaq.

"Report" xəbər verir ki, bunu "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi bəyan edib. 

"Son bir neçə ayda Azərbaycan OPEC+ kvotalarından təxminən 10% aşağı hasilat həyata keçirir, bu da onun neft yataqlarında hasilat məhdudiyyətlərini, eləcə də əsasən “Azəri-Çıraq-Günəşli” neft yatağında texniki xidmətin aparılmasını zəruri edir. Bununla belə, OPEC+ formatı neft hasilatının sabit saxlanılmasını diqtə edir. Odur ki, biz Azərbaycanda neft hasilatının sabit artımını proqnozlaşdırırıq”, deyə məlumatda qeyd edilib.

Bu arada, S&P ortamüddətli perspektivdə 2025-ci ilə qədər Azərbaycanda neft hasilatının sutkada 0,75 milyon barrelə qədər azalacağını proqnozlaşdırır.

"Bu göstərəcənin saxlanılması və yaxud artırılması mövcud neft yataqlarına əlavə investisiya tələb edəcək", - deyə agentlik qeyd edib.