Rusiyada qızıl istehsalı artıb

Rusiyada qızıl istehsalı artıb Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyada 2018-ci ildə 314,42 ton, yəni əvvəlki ilə nisbətən 2 faiz artıq qızıl istehsal olunub.
Energetika
13 Fevral , 2019 18:18
Rusiyada qızıl istehsalı artıb

Bakı. 13 fevral. REPORT.AZ/ Rusiyada 2018-ci ildə 314,42 ton, yəni əvvəlki ilə nisbətən 2 faiz artıq qızıl istehsal olunub.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi qızıl təmizləmə müəssisələrinə daşınan xammal miqdarı barədə məlumatlar əsasında bildirib.

Ötən il Rusiya mədənlərində qızıl hasilatı 4 faiz artaraq 264,41 ton təşkil etdiyi halda, səmt qızılın və qızıl hurdasının istehsalı 6 faiz azalaraq müvafiq olaraq 15,44 tona və 34,57 tonadək geriləyib.

Həmçinin ötən il ölkədə gümüş istehsalı da 7 faiz artaraq, təqribən, 1120 tona çatdırılıb.

Son xəbərlər

Orphus sistemi