Rusiya, Ukrayna və Aİ yeni qaz müqaviləsi imzalayıb

Rusiya, Ukrayna və Aİ yeni qaz müqaviləsi imzalayıb Ukrayna ilin sonunadək Rusiyaya 3,1 mlrd. dollar məbləğində borc ödəyəcək
Energetika
31 Oktyabr , 2014 10:44
Rusiya, Ukrayna və Aİ yeni qaz müqaviləsi imzalayıb
Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya, Ukrayna və Avropa İttifaqı (Aİ) qazın Avropaya nəqli məsələsi ətrafında son günlər aparılan danışıqlar nəticəsində razılığa gəlib. Razılaşma ukraynalı istehlakçıları üçün Rusiya qazının tədarükünün bərpası, onun Aİ ölkələrindən tranzitinin təmin olunması və rəsmi Kiyevin qaza olan borcunun bir qisminin ödənilməsini nəzərdə tutur. 

"Report"un "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, tərəflər arasında imzalanmış müqavilənin ümumi dəyəri 4,6 mlrd. ABŞ dolları təşkil edir. Bunu danışıqların yekununda Aİ-nin energetika üzrə komissarı Günter Ottinger bildirib. 

Razılıq Ukrayna və Avropa İttifaqının qaza görə yaranan ödənişlərin mənbələri razılaşdırıldıqdan sonra və Rusiyanın həmin vəsaitin Kiyevdə olmasına dair zəmanət aldıqdan sonra əldə olunub. Razılaşmaya əsasən, Ukrayna borcun qismən ödənilməsi müqabilində dörd aylıq fasilədən sonra Rusiya qazını almağa başlayacaq. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, yaxın günlərdə Ukrayna Rusiya qazının ötən ilin noyabr və dekabr aylarında tədarükünə görə yaranan 1,4 mlrd. dollar məbləğində borcu ödəməlidir.

G.Ottinger əlavə edib ki, Ukraynanın "Naftoqaz" şirkəti ilin sonunadək "Qazprom"a ümumilikdə 3,1 mlrd. dollar məbləğində borc ödəyəcək və bu məqsədlə xüsusi fondun yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi