Yuxarı
    Bağlamaq

    Rusiya Ukrayna üçün qazı ucuzlaşdıra bilər

    Lakin rəsmi Kiyev hələ də Rusiyaya belə bir müraciət etməyib

    Bakı. 23 dekabr. REPORT.AZ/ "Rəsmi Moskva Rusiyanın Ukraynaya satdığı təbii qazın qiymətinin ucuzlaşdırılması məsələsini Kiyevlə müzakirə etməyə hazırdır". "Report" xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak "RİA Novosti"yə açıqlamasında deyib. 

    Onun sözlərinə görə, Ukrayna tərəfi bununla bağlı Rusiyaya belə bir müraciət etməyib: "Mart ayından sonra biz Ukraynaya güzəştli qiymətə qaz satmağa hazırıq. Amma hələ də Ukrayna tərəfindən belə bir müraciət yoxdur. Əgər endirim olmasa, apreldən etibarən Ukrayana satılan qazın hər 1 000 kubmetri üçün qiymət 440 dollar olacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi