Rusiya qazının Avropaya nəqlinə dair danışıqlar davam etdirilir

Energetika
  • 19 dekabr, 2019
  • 15:30
Rusiya qazının Avropaya nəqlinə dair danışıqlar davam etdirilir

Rusiya təbii qazının Ukrayna ərazisindən Avropaya nəqli məsələsinə dair Almaniya, Ukrayna və Rusiya arasında Berlində üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsi başlayır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, üç ölkənin hökumət rəsmiləri və neft-qaz şirkətlərinin rəhbərləri səviyyəsində keçiriləcək məsləhətləşmələrdən əvvəl ikitərəfli danışıqlar aparılır.

Qeyd edək ki, bu məsələ ilə bağlı Ukraynanın “Naftoqaz” dövlət neft-qaz şirkətilə Rusiyanın “Gazprom” dövlət qaz şirkəti arasında müqavilənin müddəti dekabrın 31-də başa çatır. Bundan əvvəl Rusiya tərəfi müqavilənin müddətini uzatmaq, yaxud yeni birillik müqavilənin imzalanması müqabilində tranzit haqqı ilə bağlı bütün iddialardan əl çəkmələrini tələb etmiş, lakin “Naftoqaz” bu təklifi rədd etmişdi.