Rusiya: OPEC+ anlaşması uzadılmasa, neft hasilatını kəskin artıracağıq

Rusiya: OPEC+ anlaşması uzadılmasa, neft hasilatını kəskin artıracağıq Gündəlik neft hasilatı ən az 100 min barel artacaq
Energetika
26 Oktyabr , 2017 19:54
Rusiya: OPEC+ anlaşması uzadılmasa, neft hasilatını kəskin artıracağıq

Bakı. 26 oktyabr. REPORT.AZ/ "OPEC+ neft hasilatının azaldılması ilə bağlı anlaşma uzadılmasa, Rusiya neft hasilatını 3,5 - 4 mln. ton (25,5-29,2 mln. barel) artıracaq". 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"2018-ci ildə neft hasilatında bir qədər artım olacaq. Amma bu artım ən çox OPEC+ anlaşmasının uzadılıb uzadılmayacağından asılıdır. Artımla birlikdə hasilatın 551 mln. ton (4,02 mlrd. barel və ya 11,02 mln. barel/gün) olması gözlənilir". - deyə Novak sözlərinə əlavə edib.

Bu ilin yekununda isə Energetika Nazirliyi məcmu neft hasilatının 547 mln. barel (3,99 mlrd. barel) olmasını proqnozlaşdırır. Başqa sözlə, OPEC+ anlaşması uzadılmasa, Rusiya neft hasilatını ən az 100 min barel/gün artıracaq. 

Son xəbərlər

Orphus sistemi