Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını ötüb

Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını ötüb Rusiya neft hasilatını yanvar ayında 120 min barel/gün azaldıb
Energetika
20 Fevral , 2017 16:53
Rusiya neft hasilatının həcminə görə Səudiyyə Ərəbistanını ötüb

Bakı. 20 fevral. REPORT.AZ/ Rusiya 2016-cı ilin dekabr ayında neft hasilatını illik müqayisadə 4% artıraraq gündəlik 10,49 mln. barelə çatdırıb. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Joint Organization Data İnitiative" (JODİ) təşkilatının hesabatında məlumat verilib.

Hesabata görə, Rusiya 2016-cı ilin dekabr ayında neft hasilatını illik müqayisədə 3% artiraraq 10,46 mln. barel/günə çatdıran Səudiyyə Ərəbistanını ötüb. Buna baxmayaraq, S.Ərəbistanı dekabrda neft ixracını illik müqayisədə 7% artıraraq 8,014 mln. barel/günə çatdırıb.

Qeyd edək ki, S.Ərəbistanı və Rusiya neft ölkələrinin hasilatın azaldılması barədə sazişində hasilatı azatmaq öhdəliyi ən çox olan iki ölkədir. Belə ki, S.Ərəbistanı 486 min, Rusiya isə 300 min barel/gün həcmində hasilatı azaltmağa söz verib. Yanvar ayında S.Ərəbistanı gündəlik hasilatı 586 min, Rusiya isə 120 min barel azaldıb.

Son xəbərlər

Orphus sistemi