Bakı. 30 yanvar. REPORT.AZ/ Rusiya bu il gündəlik neft hasilatını 2018-ci ilin oktyabr ayına nisbətən 50 min barel, dekabr ayına nisbətən isə 100 min barel azaldıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak məlumat verib.
Bu addım OPEC+ formatı çərçivəsində əldə olunan razılaşmaya əsasən atılıb.