Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib

Energetika
  • 03 iyun, 2018
  • 04:46
Rusiya mayda OPEC-lə neft hasilatının azaldılması üzrə sazişi 95% icra edib

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya may ayında OPEC+ ölkələri ilə neft hasilatının azaldılması üzrə sazişi 95% yerinə yetirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Rusiya mayda hasilatın 95% azaldılması səviyyəsinə çatıb. Rusiya neft bazarında balansın saxlanmasına tam sadiqdir", - deyə o bildirib.

44 - Tezliklə