Rusiya ilin əvvəlindən neft hasilatını 1,4 faiz artırıb

Rusiya ilin əvvəlindən neft hasilatını 1,4 faiz artırıb Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiya cari ilin yanvar-noyabr ayları ərzində 507,37 milyon ton neft və qaz kondensatı hasil edib.
Energetika
3 Dekabr , 2018 05:25
Rusiya ilin əvvəlindən neft hasilatını 1,4 faiz artırıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiya cari ilin yanvar-noyabr ayları ərzində 507,37 milyon ton neft və qaz kondensatı hasil edib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, bu, 2017-ci ilin analoji dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Bildirilir ki, Rusiya yataqlarında sutka ərzində 11,13 milyon barel neft hasil olunur.

Təkcə noyabrda hasilat 3,9 faiz artıb (ildən ilə) və 46,53 mln ton təşkil edir.

Bundan əvvəl OPEC 2019-cu ildə neft hasilatını sutkada 1,3 mln. barel azaltmağı tövsiyə edib.

Son xəbərlər

Orphus sistemi