Rusiya avqustda neft hasilatını 13% azaldıb

Rusiya avqustda neft hasilatını 13% azaldıb Rusiyada 2020-ci ilin avqust ayında qaz kondensatı ilə neft istehsalı 41,7 milyon ton təşkil edib.
Energetika
183
2 Sentyabr , 2020 12:22
Rusiya avqustda neft hasilatını 13% azaldıb

Rusiyada 2020-ci ilin avqust ayında qaz kondensatı ilə neft istehsalı 41,7 milyon ton təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrünün səviyyəsindən, təxminən, 13% azdır.

Report” “Kommersanta istinadən xəbər verir ki, bu barədə Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin əməliyyat hesabatında bildirilib. Bu ilin yanvar-avqust aylarında hasilat 346,07 milyon ton təşkil edib ki, bu da keçən ilə nisbətən 7,3% azdır.

Bu ilin yanvar-avqust aylarında Rusiya neftinin MDB-dən kənar ölkələrə ixracatı 2019-cu ilin analoji dövrünə nisbətən 8,8% azalaraq 150,96 milyon tona düşüb. Avqust ayında 16,88 milyon ton ixrac edilib (2019-cu illə müqayisədə 22,6% az).

Rusiyada avqust ayında qaz hasilatının həcmi isə 53,21 milyard kubmetr təşkil edib (əvvəlki ilə nisbətən 4,3% azalıb).

Bu ilin yanvar-avqust ayları üzrə isə bu göstəricisi 443,8 milyard kubmetr təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9% azalma olduğunu göstərir.

Orphus sistemi