Yuxarı

Rövnəq Abdullayev: "Rosneft" "Abşeron" yatağının işlənməsində marağını qoruyur"

Maraq var. Bunun üzərində işləyirik

Bakı. 10 fevral. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Abşeron" yatağının işlənilməsində maraqlı olaraq qalır.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Londonda keçirilən Beynəlxalq Neft Həftəsi tədbirində jurnalistlərə bildirib.

"Maraq var. Bunun üzərində işləyirik", - deyə R.Abdullayev əlavə edib.

Xatırladaq ki, "Abşeron" qaz-kondensat yatağı Xəzər dənizində, "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın sahəsi 260 kv. km təşkil edir. SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın potensial ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton kondensat təşkil edir. "Abşeron" layihəsində "Total" (operator, 40%), SOCAR (40%) və "Engie" (əvvəlki "Gaz De France Suez", 20%) iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi