"Rosneft" ötən il hasilat həcminə görə liderliyini qoruyub

"Rosneft" ötən il hasilat həcminə görə liderliyini qoruyub Bakı. 19 mart. REPORT.AZ/ Rusiyanın neft hasilatçısı Rosneft 2017-ci ildəki hasilat həcminə görə yenə lider olub. 
Energetika
19 Mart , 2018 13:39
Rosneft ötən il hasilat həcminə görə liderliyini qoruyub

Bakı. 19 mart. REPORT.AZ/ Rusiyanın neft hasilatçısı "Rosneft" 2017-ci ildəki hasilat həcminə görə yenə lider olub. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət ötən il 281,7 mln. ton (gündəlik 5,72 mln. barel) karbohidrogen hasil edib ki, bu da əvvəlki illə müqayisədə 6,5% çoxdur. 

"Rosneft"in illik maye karbohidrogen istehsalının həcmi isə 225,5 mln. ton təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 7,6% çoxdur. 

Bu baxından şirkət Rusiyada 41%-lik, dünyada isə 6%-lik paya malik olub. 

Dünyanın digər aparıcı enerji şirkətlərinə gəlincə isə Fransanın "Total" şirkəti karbohidrogen və maye karbohidrogen istehsalını müvafiq olaraq 4,7% və 5,9%, ABŞ-ın "ExxonMobil" şirkəti 1,7% və 3,5%, "Çveron" şirkəti 5,2% və 0,2% , Norveçin "Statoil" şirkəti 5,2% və 0,7% artırıb. 

Orphus sistemi