"Reuters": “Rusiya nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır”

"Reuters": “Rusiya nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır” Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiyadan enerji daşıyıcılarının idxalına “qiymət tavanı” tətbiq etdikdən sonra Rusiyanın “Urals” markalı nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır.
Energetika
16 Yanvar , 2023 11:01
Reuters: “Rusiya nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır”

Avropa İttifaqı (Aİ) və G7 ölkələri Rusiyadan enerji daşıyıcılarının idxalına “qiymət tavanı” tətbiq etdikdən sonra Rusiyanın “Urals” markalı nefti Asiyaya Çinə məxsus supertankerlərlə daşınır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Qərbin sanksiyalarına baxmayaraq, Çin və Hindistan Rusiya neftini endirimli qiymətə almağa davam edir. Belə ki, Rusiya Hindistana nefti 12-15 dollarlıq endirimlə satır.

Xatırladaq ki, yanvarın 6-da “Urals” markalı neftin bir barelinin qiyməti 37,80 dollar, “Brent” neftinin qiyməti isə 78,57 dollar təşkil edib. “Bloomberg” agentliyi yazır ki, bununla da, Rusiya faktiki olaraq iki ən böyük alıcının – Çin və Hindistanın “girov"una çevrilib.

Son xəbərlər

Orphus sistemi