“Reuters”: ABŞ senatorları Səudiyyə Ərəbistanı ilə neft bazarını müzakirə edəcək

“Reuters”: ABŞ senatorları Səudiyyə Ərəbistanı ilə neft bazarını müzakirə edəcək ABŞ senatorları aprelin 11-də Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri ilə dünya neft bazarının sabitləşməsi məsələsini müzakirə edəcəklər.
Energetika
125
8 Aprel , 2020 12:31
“Reuters”: ABŞ senatorları Səudiyyə Ərəbistanı ilə neft bazarını müzakirə edəcək

ABŞ senatorları aprelin 11-də Səudiyyə Ərəbistanı hökumətinin nümayəndələri ilə dünya neft bazarının sabitləşməsi məsələsini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbət daha əvvəl Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqdan imtina edəcəyi təqdirdə ABŞ-ın rəsmi Ər-Riyada hərbi yardımı dayandırmağını təklif edən respublikaçı senatorlar Kevin KramerDen Sallivandan gedir.

Agentliyin mənbəyi bildirir ki, danışıqlar məsafədən aparılacaq. Eyni zamanda, mənbə müzakirə zamanı hansı məsələlərin gündəmə gətiriləcəyi barədə məlumat verməyib.

Xatırladaq ki, OPEC+in neft hasilatını azaltmaq haqqında sazişi martın sonunda başa çatıb. Rusiya və Səudiyyə Ərəbistanı sazişin davam etdirilmə şərtləri ilə əlaqədar razılığa gələ bilmədiyindən sövdələşmə qüvvədən düşüb. Bundan sonra OPEC ölkələri neft hasilatını artırmağa başlayıb. Koronavirus pamdemiyası səbəbi ilə qlobal neft tələbatı kəskin şəkildə azalıb. Nəticədə neft son 20 ildə ilk dəfə 22 dollar/barelə qədər ucuzlaşıb.

Bundan sonra OPEC+ ölkələri növbədənkənar iclas keçirmək qərarına gəlib. Neft hasilatının azaldılmasının müzakirə ediləcəyi bu görüş əvvəlcə aprelin 6-na təyin olunsa da, sonradan aprelin 9-na təxirə salınıb. Aprelin 10-da isə “Böyük iyirmilik” ölkələrinin energetika nazirlərinin təcili iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi