Yuxarı

R​övnəq Abdullayev: "Masazırda yerdən sızan şist qazıdır"

SOCAR prezidenti: Həmişə xəbərdarlıq etmişik ki, buruqlar olan ərazidə ev tikmək olmaz

Bakı. 1 may. REPORT.AZ/ Bakının Masazır qəsəbəsi ərazisində yerin altından sızan şist qazıdır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib: "Bu, yerdən sızmalardır, təbii prosesdir". 

"Masazırda "Azəriqaz" İB-nin qaz xətləri yoxdur. Orada palçıq vulkanları var və yerdən sızan şist qazdır. Bundan "Atəşgah" məbədində də var. Abşeronda çox yerdə analoji qaz sızmaları var. Biz həmişə xəbərdarlıq etmişik ki, buruqlar olan ərazilərdə yaşayış evlərini tikmək olmaz, bu, insanların həyatı üçün təhlükədir", - deyə SOCAR prezidenti vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi