Qlobal neft sektorunun yaxın 25 ildə 20 trln. dollar investisiyaya ehtiyacı var

Qlobal neft sektorunun yaxın 25 ildə 20 trln. dollar investisiyaya ehtiyacı var Bakı. 7 mart. REPORT.AZ/ Yaxın 25 ildə dünyada neft sənayesinə 20 trln. ABŞ dolları məbləğində investisiya qoyulmalıdır. Bu isə təxminən ABŞ iqtisadiyyatının dəyərinə bərabər rəqəmdir.
Energetika
7 Mart , 2018 12:21
Qlobal neft sektorunun yaxın 25 ildə 20 trln. dollar investisiyaya ehtiyacı var

Bakı. 7 mart. REPORT.AZ/ "Yaxın 25 ildə dünyada neft sənayesinə 20 trln. ABŞ dolları məbləğində investisiya qoyulmalıdır. Bu isə təxminən ABŞ iqtisadiyyatının dəyərinə bərabər rəqəmdir".

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti "Saudi Aramco"nun baş icraçı direktoru (CEO) Amin Nasser ABŞ-ın Hyuston şəhərində keçirilən "CERAWeek" neft-qaz konfransında deyib.

O, dünya bazarında neftin kəskin ucuzlaşdığı 2015-2016-cı illərdə neft bazarı iştirakçılarının 1 trln. dollar zərərə uğradığını bildirib. 

Bundan başqa, A.Nasserin sözlərinə görə, yaxın 5 ildə dünyada neft gündəlik tələbat 20 mln. barel artacaq və "qara qızıl" yaxın gələcəkdə önəmini saxlayacaq: "Dünya əhalisinin 2030-cu ilə qədər 2 mlrd. nəfər artması fonunda neftə tələbin yüksəlməyə davam edəcəyi proqnozlaşdırılır".

A.Nasser onu da bildirib ki, "Saudi Aramco"nun ən geci bu ilin sonuna qədər səhmlərinin kütləvi tədavülünü (IPO) həyata keçirəcək. Şirkətin 5%-nin 100 mlrd. dollara satılması nəzərdə tutulub. Bu baş tutsa, "Saudi Aramco" 2 trln. dollar dəyəri ilə dünyanın ən bahalı şirkəti olacaq. Hazırda dünyanın ən dəyərli şirkəti 900 mlrd. dollarlıq göstərici ilə "Apple"dır.

Son xəbərlər

Orphus sistemi