Yuxarı
    Bağlamaq

    "Qərbi Abşeron" yatağında daha bir quyunun tikintisi başa çatıb

    Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir

    Bakı. 14 oktyabr. REPORT.AZ/ “SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağında 20 saylı stasionar dəniz özülündən faktiki dərinliyi 784 metr olan 23 saylı quyunun tikintisi işlərini başa çatdırıb. “SOCAR-AQŞ”dən “Report”a verilən məlumata görə, işlər təhlükəsiz, ətraf mühitə heç bir ziyan vurmadan və vaxtından əvvəl uğurla yekunlaşdırılıb. 

    23 saylı quyuda qazma işlərinə bu il sentyabrın 16-da başlanılıb. Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

    Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda “SOCAR-AQŞ” dayazsulu ‘’Günəşli ‘’yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi