"Qazprom"un Direktorlar Şurası 2016-ci il üçün büdcə və xərclərin azaldılması proqramını təsdiqləyib

"Qazprom"un Direktorlar Şurası 2016-ci il üçün büdcə və xərclərin azaldılması proqramını təsdiqləyib Proqram ümumi effekti 15,3 milyard rubl təşkil etməli olan xərclərin optimallaşdırılmasına yönəlmiş tədbirləri nəzərdə tutur
Energetika
28 Dekabr , 2015 15:51
Qazpromun Direktorlar Şurası 2016-ci il üçün büdcə və xərclərin azaldılması proqramını təsdiqləyib

Bakı. 28 dekabr. REPORT.AZ/ Rusiya "Qazprom"unun Direktorlar Şurası 2016-cı il üçün şirkətin investisiya proqramı, büdcəsini (maliyyə planı) və xərclərin azaldılması proqramını təsdiq edib.

"Report" şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, gələn ilin investisiya proqramına uyğun olaraq investisiyaların ümumi həcmi 842 milyard rubl təşkil edəcək.

Eyni zamanda, əsaslı yatırımların həcmi 777,628 milyard rubl olacaq ki, bunun 767,327 milyard rublu əsaslı tikinti, 10,301 milyard rublu isə "Qazprom"un uzunmüddətli aktivlər almasına xərclənəcək. Uzunmüddətli investisiyaların həcmi 64,372 milyard rubl təşkil edəcək.

"Qazprom"un 2016-cı il üçün təsdiq olunmuş büdcəsinə əsasən, xarici maliyyə borcunun məbləği 90 milyard rubl təşkil edəcək. Xərclərin optimallaşdırılması (azaldılması) proqramı ümumi effekti 15,3 milyard rubl təşkil etməli olan xərclərin optimallaşdırılmasına (azaldılmasına) yönəlmiş tədbirləri nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi