"​Qazprom": "Türk axını"nın ilk mərhələsi 3,3 mlrd. avroya başa gələcək"

"​Qazprom": "Türk axını"nın ilk mərhələsi 3,3 mlrd. avroya başa gələcək" İyunun sonunda tərəflər arasında əsas sənəd imzalanacaq və qazın qiyməti razılaşdırılacaq
Energetika
9 İyun , 2015 17:17
​Qazprom: Türk axınının ilk mərhələsi 3,3 mlrd. avroya başa gələcək

Bakı. 9 iyun. REPORT.AZ/ Rusiyanın "Qazprom" ASC-nin vitse-prezidenti Aleksandr Medvedev ölkədə hasil olunan təbii qazı Avropaya daşıyacaq "Türk axını" layihəsi ilə bağlı anlaşma memorandumunun iyun ayının sonunda Türkiyə tərəfi ilə imzalanacağını deyib. 

"Report" xəbər verir ki, A.Medvedev layihənin ilk mərhələsinin 3,3 mlrd. avroya başa gələcəyini açıqlayıb: "Ukrayna ilə tranzit anlaşmasının sona çatmasından sonra hər hansı uzadılma olmayacaq. Bu baxımdan Türkiyəyə təbii qazın təklif edilməsi "Türk axını" ilə daha asandır".

Onun sözlərinə görə, sənədlər iyunun sonunda yeni enerji və təbii sərvətlər naziri ilə imzalanacaq. 

Qeyd edək ki, "Qazprom" ilk qaz nəqlinin 2016-cı ildə baş tutacağını bildirsə də, rəsmi Ankara bu müddətin 2017-ci ilin sonuna qədər uzanacağını açıqlayıb.

Türkiyə "Qazprom"dan 2014-cü ildə 27,3 mlrd. kubmetr təbii qaz alıb və 2015-ci ildə daha çox tələb olunduğu açıqlanıb. 

Qeyd edək ki, ötürmə qabiliyyəti 63 mlrd. kubmetr olan "Türk axını"nın 47 mlrd. kubmetrinin Yunanıstandan keçməklə Avropaya çatdırılması planlaşdırılır.

A.Medvedyev ilin əvvəlindən "BOTAŞ"la təbii qazın qiymətinin ucuzlaşdırılması ilə bağlı aparılan danışıqlar nəticəsində iyunun sonunda anlaşmanın da imzalanacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi