“Qazprom” qaz hasilatını təqribən 15% azaldıb

“Qazprom” qaz hasilatını təqribən 15% azaldıb “Qazprom” bu ilin yanvar-avqust aylarında, ilkin məlumatlara görə, 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.
Energetika
2 Sentyabr , 2022 01:51
“Qazprom” qaz hasilatını təqribən 15% azaldıb

Rusiyanın “Qazprom” şirkəti bu ilin yanvar-avqust aylarında 288,1 milyard kubmetr qaz hasil edib. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 14,6 % azalma deməkdir.

“Report” TASS-a istinadən xəbər verir ki, ilin ilk 8 ayında qeyri-MDB ölkələrinə qaz ixracı 37,4 % (49,1 milyard kubmetr) azalaraq 82,2 milyard kubmetr olub.

Eyni zamanda, avqustda “Qazprom”un orta gündəlik ixracı iyul ayı ilə müqayisədə təxminən 8 % artaraq 222,6 milyon kubmetrə çatıb.

"Qazprom" təsdiq olunmuş sifarişlərə uyğun olaraq qaz təchiz edir.

Rusiyanın daxili bazarında qaz nəqli sistemində “Qazprom”un qazına tələbat 8 ​​ayda 2,9 % (4,7 milyard kubmetr) azalıb.

Son xəbərlər

Orphus sistemi