Bakı. 16 iyun. REPORT.AZ/ Rusiyanın "Qazprom" şirkəti bu il Avropaya qaz nəqlinin ötən illə müqayisədə artacağını və bunun rekord həcmdə olacağını proqnozlaşdırır. "Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, bunu "Qazprom"un sədri Aleksey Miller bildirib.
A.Miller qeyd edib ki, ötən il qaz nəqlinin həcmi 8% artaraq 159,4 mlrd. kubmetrə çatıb: "Almaniya rekord həddə - 45,4 mlrd. kubmetr "Qazprom"dan qaz alıb. Bu ilin əvvəlindən Almaniya ötən ilin analoji dövrünə nisbətən 2 mlrd. kubmetr çox qaz alıb. Avropaya isə təxminən 10,7 mlrd. kubmetr çox qaz satılıb. Buna görə də gözləyirik ki, 2016-cı il bizim üçün rekord olacaq və Avropaya 2015-ci ildən daha çox həcmdə qaz nəql edəcəyik".
Şirkət rəhbəri, həmçinin qeyd edib ki, 2015-ci ildə "Qazprom" Avropa bazarında Rusiya qazının payını 31%-ə çatdıraraq rekorda nail olub.