Qazaxıstanda təbii qaz hasilatı 7% artıb

Qazaxıstanda təbii qaz hasilatı 7% artıb Qazaxıstanda 2020-ci ilin yanvar-may aylarında maye və ya qaz halında təbii qaz hasilatı 24,8 milyard kubmetrə çatıb.
Energetika
23 İyun , 2020 20:00
Qazaxıstanda təbii qaz hasilatı 7% artıb

Qazaxıstanda 2020-ci ilin yanvar-may aylarında maye və ya qaz halında təbii qaz hasilatı 24,8 milyard kubmetrə çatıb.

“Report” “Energyprom.kz” portalına istinadən xəbər verir ki, bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,2% çoxdur.

Bu həcmin 40,3%-i və ya 10 milyard kubmetri qaz halında təbii qazın payına düşürsə, hasilatın 59,7%-i və ya 14,8 milyard kubmetri neft səmt qazından alınıb.

Qazaxıstan 2020-ci ilin yanvar-aprel aylarında 6,3 milyard kubmetr təbii qaz ixrac edib, ixracın həcmində illik azalma 34,9% təşkil edib. Qazaxıstan təbii qazının əsas idxalatçısı Çin olub: bu ölkəyə 566,1 milyon ABŞ dolları məbləğində 2,7 milyard kubmetr qaz ixrac edilib. MDB ölkələrinə isə 101,5 milyon ABŞ dolları dəyərində 2,1 milyard kubmetr təbii qaz ixrac edilib.

Son xəbərlər

Orphus sistemi