Qazaxıstanda neft hasilatı nəzərdə tutulandan çox olub

Qazaxıstanda neft hasilatı nəzərdə tutulandan çox olub Qazaxıstanda cari ilin 9 ayı əraində 64,7 milyon ton neft hasil olunub ki, bu da planda nəzərdə tutlanın 100,5 faizidir.
Energetika
13 Oktyabr , 2020 15:24
Qazaxıstanda neft hasilatı nəzərdə tutulandan çox olub

Qazaxıstanda cari ilin 9 ayı ərzində 64,7 milyon ton neft hasil olunub ki, bu da planda nəzərdə tutulanın 100,5 faizidir.

“Report” “QazAqparat”a (“Kazinform”) istinadən xəbər verir ki, bu barədə ölkənin enerji naziri Nurlan Noğayev Nazirlər Kabinetinin iclasında bildirib.

Həmçinin hesabat müddətində 52,2 faiz neftin ixrac olunduğu (plan 100 faiz), 41,6 milyard kubmetr təbii qazın hasil olunduğu (99 faiz), bunun 10,3 milyard kubmetrinin ixrac olunduğu diqqətə çatdırılıb: “Ötən ilin müvafiq dövrünə nisbətən qaz ixracatı az olub, bunun da səbəbi Çinə koronavirus üzündən qaz idxalının azalmasıdır”.

Sözügedən dövrdə ölkədə həmçinin 3,24 milyon ton benzin (planın 101,4 faizi), 3,41 milyon ton dizel yanacağı (99,1 faiz) istehsal olunduğu da bildirilib.

Son xəbərlər

Orphus sistemi