Qazaxıstan Rusiyadan yanacaq idxalına qadağa qoyur

Qazaxıstan Rusiyadan yanacaq idxalına qadağa qoyur Qazaxıstan Rusiyadan neft məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.
Energetika
184
31 Mart , 2020 15:51
Qazaxıstan Rusiyadan yanacaq idxalına qadağa qoyur

Qazaxıstan Rusiyadan neft məhsullarının idxalına müvəqqəti qadağa tətbiq edib.

“Report”un "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə  Qazaxıstanın Energetika Nazirliyindən bildirilib.

“Qazaxıstan Rusiya Federasiyasından benzin, dizel və aviasiya yanacağının ölkənin daxili bazarına idxalına müvəqqəti qadağa tətbiq edir",- deyə Nazirliyin açıqlamasında deyilir.

Bundan başqa, Qazaxıstan yanacaq və sürtkü materialları, həmçinin 2709, 2710, 2902, 3403, 3811 qruplarına aid malların avtomobil nəqliyyatı ilə respublika ərazisindən ixracına da qoyulan qadağanı ləğv edir.

Agentlik Nazirliyin mətbuat xidmətindən dəqiqləşdirib ki, qurum rəhbərinin qərarı ilə təsdiqlənmiş bu addımlar cari ilin aprelin 1-dən qüvvəyə minəcək.

Neft-qaz sahəsində olan mənbə isə bildirir ki, görülən tədbirlər daxili bazarda neft məhsullarının artıqlığının yaranmasının qarşısının alınmasına və ixracın stimullaşdırılmasına yönəldilib.

Son xəbərlər

Orphus sistemi