Yuxarı

Qazaxıstan şirkəti Azərbaycan üzərindən LPG nəql etmək niyyətindədir

Qazaxıstan mayeləşdirilmiş qazının Azərbaycan üzərində tranzitinə hazı

90

"Qazaxıstanın "Kaztransgas" şirkəti mayeləşdirilmiş neft qazının (LPG) tranzitində maraqlıdır və ayda 10-15 min ton Qazaxıstan mayeləşdirilmiş neft qazının Azərbaycan üzərindən tranzitinə hazırdır".

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 16-cı iclasında Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir qeyd edib ki, hazırda tariflərin optimallaşdırılması işləri görülür.

Bundan başqa, P.Şahbazov məlumat verib ki, bu ilin 9 ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət evi - "SOCAR Trading" 1,5 mln ton həcmində Qazaxıstan neftinin ticarətini həyata keçirib.

O qeyd edib ki, ötən il isə bu göstərici 1,6 mln ton təşkil edib.

Nazir hazırda Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinin bərpa olunması barədə danışıqlar aparıldığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi