Qazaxıstan benzin ixrac etməyə başladı

Qazaxıstan benzin ixrac etməyə başladı Qazaxıstanda cari ilin 7 ayı ərzində benzin idxalı 25 dəfə azalaraq istehsalın 0,03 faizinə, ixracatı isə ötən ilin müvafiq dövründəki 0,3 faizə qarşı 44 dəfə artaraq 11,1 faizinə çatıb və 276,7 min ton təşkil edib.
Energetika
665
19 Oktyabr , 2020 16:22
Qazaxıstan benzin ixrac etməyə başladı

Qazaxıstanda cari ilin 7 ayı ərzində benzin idxalı 25 dəfə azalaraq istehsalın 0,03 faizinə, ixracatı isə ötən ilin müvafiq dövründəki 0,3 faizə qarşı 44 dəfə artaraq 11,1 faizinə çatıb və 276,7 min ton təşkil edib.

“Report” “QazAqparat”a (“Kazinfom”) istinadən xəbər verir ki, bu ilin 8 ayı ərzində də Qazaxıstan 125,6 milyon ABŞ dolları həcmində 362,1 min ton avtomobil benzini ixrac edib.

Halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi 6,3 min ton olub. Həmin həcmin 103,3 min tonu MDB ölkələrinə, 258,8 min tonu isə qalan ölkələrə tədarük olunub. Qazaxıstan benzinini ən çox qonşu Özbəkistan, Qırğız Respublikası, Tacikistan, habelə Gürcüstan və Niderland idxal edib.

Hesabat dövründə ölkədə bütövlükdə 2,9 milyon ton benzin istehsal olunub ki, bu da ötən ilə nisbətən 3,3 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi