Qazaxıstan 4 yeni yatağın istismarını planlaşdırır

Qazaxıstan 4 yeni yatağın istismarını planlaşdırır Bakı. 28 mart. REPORT.AZ/ Xəzər dənizinin Qazaxıstan sektorunda 4 yeni yatağın işlənməsi planlaşdırılır.
Energetika
28 Mart , 2018 14:40
Qazaxıstan 4 yeni yatağın istismarını planlaşdırır

Bakı. 28 mart. REPORT.AZ/ Xəzər dənizinin Qazaxıstan sektorunda 4 yeni yatağın işlənməsi planlaşdırılır.

“Report” “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bunu “North Caspian Operating Company N.V.” konsorsiumunun icraçı direktoru Bruno Jarden bildirib.

Bu yataqlar Atırau vilayətində “Kaşaqan” yatağının yaxınlığında yerləşir.

O qeyd edib ki, “North Caspian Operating Company N.V.” “Kaşaqan” yatağının növbəti mərhələlərinin gələcək işlənmə variantlarını qiymətləndirməyə davam edir: “Şirkət “Kalamkas-dəniz” və yaxınlıqdakı “Xazar” yatağının birgə işlənməsi üzrə konsepsiyanın seçimi üçün araşdırmanı tamamlanmaq üzrədir. Eyni zamanda, “Aktote” və “Kairan” yataqlarının mümkün işlənməsini öyrənməyə davam edirik”.

Hazırda “Kaşaqan” yatağından gündəlik neft hasilatı 300 min bareldir.

Son xəbərlər

Orphus sistemi