“Qatar Petroleum” bir sıra ölkələrlə neft müqavilələri imzalayıb

“Qatar Petroleum” bir sıra ölkələrlə neft müqavilələri imzalayıb Bakı. 6 noyabr. REPORT.AZ/ Qətərin milli neft şirkəti - “Qatar Petroleum” həm Körfəz ölkələrində, həm də Cənubi Afrika və Latın Amerikası regionlarında neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı layihələrdə iştirak edir.
Energetika
6 Noyabr , 2018 15:43
“Qatar Petroleum” bir sıra ölkələrlə neft müqavilələri imzalayıb

Bakı. 6 noyabr. REPORT.AZ/ "Qətərin milli neft şirkəti - “Qatar Petroleum” həm Körfəz ölkələrində, həm də Cənubi Afrika və Latın Amerikası regionlarında neft-qaz kəşfiyyatı və hasilatı ilə bağlı layihələrdə iştirak edir".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Məşvərət Məclisinin 47-ci sessiyasında Qətər əmiri Təmim bin Həmad əl Təni bildirib.

“Qətərdən uzaqlarda beynəlxalq və yerli şirkətlərlə birgə neft-qaz kəşfiyyatı və hasilatında iştirak edən ”Qatar Petroleum” artıq dünya səviyyəsinə yüksəlib. Şirkət öz sahəsində Oman, Braziliya, Argentina, Meksika, Cənubi Afrika kimi ölkələrdə müqavilələr bağlayıb”, - deyə dövlət başçısı qeyd edib. 

O, qonşu ölkələrin tətbiq etdiyi embarqonun Qətərin neft-qaz ixracına təsir etmədiyini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi