“Qara qızıl” ucuzlaşıb

“Qara qızıl” ucuzlaşıb Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi ilə bağlı qərarın müzakirə olunduğu bir zamanda dünya bazarında “qara qızıl”ın qiyməti cüzi düşüb.
Energetika
24 Noyabr , 2022 10:46
“Qara qızıl” ucuzlaşıb

Rusiya nefti üçün maksimum qiymət həddinin tətbiqi ilə bağlı qərarın müzakirə olunduğu bir zamanda dünya bazarında “qara qızıl”ın qiyməti cüzi düşüb.

“Report” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,34 % ucuzlaşaraq 1 bareli 85,12 ABŞ dollarına satılıb. WTI neftinin yanvar fyuçerslərinin qiyməti 0,27 % düşüb və 1 bareli 77,73 ABŞ dolları təşkil edib.

Ekspertlər maksimum qiymət həddinin bir barel üçün 50-60 dollar arasında olacağını təxmin edirlər.

Qərarın dünən qəbul ediləcəyi gözlənilsə də, Aİ ölkələri qiymət məsələsində razılığa gələ bilməyib. Belə ki, Avropa Komissiyası qiymətin bir barel üçün 65 dollar müəyyən edilməsini təklif edib, lakin Polşa və Baltikyanı ölkələr bunu çox yüksək hesab ediblər. Dəniz daşımalarının inkişaf etdiyi Yunanıstan və Malta isə maksimum qiymətin ən azı 70 dollar olmasını təklif edir.

Son xəbərlər

Orphus sistemi