Amerika Neft İnstitutu (API) ABŞ-da ehtiyatların artması haqqında məlumat dərc etdikdən sonra dünya bazarlarında “qara qızıl”ın qiyməti ucuzlaşıb.
“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 08:46-ya olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 1,33% ucuzlaşaraq, 1 bareli 77,31 ABŞ dollarına, noyabr fyuçersləri isə 1,38% ucuzlaşaraq, 1 bareli 78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 1,34% düşərək, 1 bareli 74,28 ABŞ dolları təşkil edib.
API-nin məlumatına ötən həftə ərzində ABŞ-da neft ehtiyatları 4,2 milyon barel artıb. Analitiklər isə ehtiyatların artacağını güman edirdilər.
ABŞ-ın Energetika Nazirliyi ölkənin neft ehtiyatları ilə bağlı rəsmi statistikanı bu gün açıqlayacaq. Ekspertlər 1,652 milyon barel azalmanın elan olunacağını gözləyirlər.