“Qara qızıl” 1 %-dən çox bahalaşıb

“Qara qızıl” 1 %-dən çox bahalaşıb Dünyada neftə olan tələbin yüksək qalması “qara qızıl”ın 1%-dən çox bahalaşmasına səbəb olub.
Energetika
19 Yanvar , 2022 10:04
“Qara qızıl” 1 %-dən çox bahalaşıb

Dünyada neftə olan tələbin yüksək qalması “qara qızıl”ın 1%-dən çox bahalaşmasına səbəb olub.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,14% bahalaşaraq, 1 bareli 88,51 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,24% artaraq, 1 bareli 85,88 ABŞ dolları təşkil edib.

Treyderlər OPEC-in İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları barədə hesabatına diqqət yetirirlər. Belə ki, noyabr ayında OECD ölkələrinin ehtiyatları son 5 ilin orta səviyyəsindən 247 milyon barel az olub.

Ümumilikdə, koronavirusun “Omikron” ştamına yoluxma hallarının geniş yayılmasına rəğmən dünyada neftə olan tələb sabit olaraq qalmaqdadır.

BƏƏ-nin paytaxtı Əbu-Dabidə 3 neft çəninin partladılması bazara müsbət təsir edən digər bir amildir.

Son xəbərlər

Orphus sistemi