Yuxarı

Proqnoz: OPEC-ə üzv olmayan ölkələrdə gələn il hasilat azalacaq

Gündəlik hasilatın 600 min barel azalacağı proqnozlaşdırılır

Bakı. 16 dekabr. REPORT.AZ/ OPEC-ə üzv olmayan ölkələrdə gələn il gündəlik neft hasilatı 2014-cü ildəki 2,4 mln. barel səviyyəsindən 600 min barel azalacaq. 

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında qeyd olunub: "OPEC isə gələcəkdə bazardakı payını daha da artıracaq".

Qeyd olunub ki, neftin qiymətinin bu qədər aşağı düşməsindən karteldən kənar heç bir neft hasil edən ölkə xilas ola bilməyəcək və qısa müddət ərzində hasilatı dayandırmağa məcbur olacaq.

Kartelə daxil olan bəzi ölkələr, xüsusilə də İran və İraq sanksiya və münaqişələrin bitməsindən sonra hasilatı artırmağı planlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi