Yuxarı
    Bağlamaq

    Prezident Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinin daha səmərəli təşkili ilə bağlı fərman imzalayıb

    Nazirlər Kabinetinə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar torpaq sahələri və digər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi prosesinin daha səmərəli təşkili ilə bağlı tədbirlər haqqında” fərman imzalayıb. Report xəbər verir ki, fərman Azərbaycan təbii qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi, habelə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsinin yerinə yetirilməsi zamanı müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair mülkiyyət, istifadə və icarə hüquqlarının əldə edilməsi prosesi ilə bağlı bir sıra xidmətlərin operativlik, şəffaflıq və rahatlıq prinsipləri əsasında həyata keçirilməsinin təşkili məqsədi ilə verilib.

    Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bir sıra xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2014-cü il sentyabrın 20-dən etibarən təşkil etmək tapşırılıb.

    Fərmanla Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti orqanlarına tapşırıq, bələdiyyələrə isə tövsiyələr verilib.

    Nazirlər Kabinetinə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi