Fərmanla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi ilə əlaqədar müvafiq torpaq sahələrinə və digər daşınmaz əmlak obyektlərinə dair hüquqların əldə edilməsi prosesinin daha səmərəli həyata keçirilməsi üçün bir sıra xidmətlərin dövlət və ya bələdiyyə orqanları tərəfindən mobil “ASAN xidmət” nəqliyyat vasitələri ilə səyyar formada göstərilməsini 2014-cü il sentyabrın 20-dən etibarən təşkil etmək tapşırılıb.
Fərmanla Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, Milli Arxiv İdarəsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə müvafiq torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin yerləşdiyi yerli icra hakimiyyəti orqanlarına tapşırıq, bələdiyyələrə isə tövsiyələr verilib.
Nazirlər Kabinetinə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.