​Polşada beynəlxalq enerji konfransı keçiriləcək

​Polşada beynəlxalq enerji konfransı keçiriləcək Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun nümayəndələrinin elmi məqaləsi də konfransın proqramına daxil edilib
Energetika
24 İyun , 2015 12:16
​Polşada beynəlxalq enerji konfransı keçiriləcək

Bakı. 24 iyun. REPORT.AZ/ İyulun 6-9-da Vroslav şəhərində (Polşa) "Müasir elektrik enerji sistemi 2015" (“Modern electric power system 2015") adlı V Beynəlxalq Elmi Konfransı keçiriləcək. Bu barədə "Report"a “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun nümayəndələrinin birgə yazdıqları elmi məqalə də konfransın proqramına daxil edilib.

Konfransın proqramına daxil edilmiş "Avadanlıqların və elektrik verilişi xətlərinin ifrat gərginliklərdən mühafizəsinin etibarlılığının müasir qurğu və üsullarla artırılması" adlı məqalənin müəllifləri A.Həşimov, F.Xıdırov, A.Babayeva, A.Nayirdir.

Bununla yanaşı, İnstitutda fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil alan doktorant Müsahil Müsavər oğlu Musayevin "Kiçik su elektrik stansiyalarında generator kimi istifadə edilən iki tərəfdən qidalandırılan asinxton maşınların reaktiv gücünün kompensasiya sisteminin tədqiqi" adlı dissertasiyasının Polşada aprobasiyasının aparılması, həmçinin elmi məktəblər arasında əlaqələrin daha da genişləndirilməsi və göstərilən məqalə üzrə konfransda məruzə ilə çıxış etmək məqsədilə bir qrup əməkdaşın Polşanın Vroslav şəhərinə ezam edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi