Polşa Prezidenti: "Enerji sektorunda kömürdən tamamilə imtina etməyəcəyik"

Polşa Prezidenti: "Enerji sektorunda kömürdən tamamilə imtina etməyəcəyik" Bakı. 3 dekabr. REPORT.AZ/ Kömür Polşa üçün strateji enerji mənbəyidir. Strateji xammalımızdan tamamilə imtina etməyi təsəvvürə gətirmək çətindir.
Energetika
3 Dekabr , 2018 18:44
Polşa Prezidenti: Enerji sektorunda kömürdən tamamilə imtina etməyəcəyik

Bakı. 3 dekabr. REPORT.AZ/ "Kömür Polşa üçün strateji enerji mənbəyidir. Strateji xammalımızdan tamamilə imtina etməyi təsəvvürə gətirmək çətindir".

"Report" TASS-a istinadən xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Andjey Duda İqlim Dəyişikliyi üzrə BMT-nin Ümumdünya Konfransı zamanı mətbuat konfransında deyib.

O qeyd edib ki, ekspertlərin fikrincə, ölkədə kömür ehtiyatları 200 il müddətinə kifayət edər və respublika atom energetikasını və digər təmiz texnologiyaları inkişaf etdirəcək.

Son xəbərlər

Orphus sistemi