Politoloq: “Rumıniya Qara dənizin dibi ilə Azərbaycandan enerji nəqlindən qazanacaq”

Politoloq: “Rumıniya Qara dənizin dibi ilə Azərbaycandan enerji nəqlindən qazanacaq” “Rumıniya Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində, eləcə də elektrik enerjisinin çatdırılması üçün Qara dənizin altından sualtı kabel çəkilməsi nəticəsində ölkənin əldə edəcəyi faydalarda çox maraqlıdır”.
Energetika
14 Aprel , 2023 17:07
Politoloq: “Rumıniya Qara dənizin dibi ilə Azərbaycandan enerji nəqlindən qazanacaq”

“Rumıniya Azərbaycanla əlaqələrin möhkəmləndirilməsində, eləcə də elektrik enerjisinin çatdırılması üçün Qara dənizin altından sualtı kabel çəkilməsi nəticəsində ölkənin əldə edəcəyi faydalarda çox maraqlıdır”.

Bunu “Report”a Buxarest Universitetinin Beynəlxalq münasibətlər, təhlükəsizlik tədqiqatları və ictimai siyasət fakültəsinin professoru Karp Radu deyib.

Onun sözlərinə görə, bu layihə Aİ-nin iki üzvü olan ölkənin - Rumıniya və Macarıstanın Aİ-yə daxil olmayan iki dövlət - Azərbaycan və Gürcüstan ilə necə yaxşı işləyə biləcəyinə dair bir nümunədir.

“Hesab edirəm ki, indi Avropa İttifaqı Qara dəniz regionunun enerji qovşağı kimi əhəmiyyətinin fərqindədir”, - o əlavə edib.

Politoloq vurğulayıb ki, Gürcüstan, Rumıniya, Azərbaycan və Macarıstan nümayəndələrinin Tbilisidə baş tutmuş ilk yüksək səviyyəli görüşü irəliyə doğru atılmış çox mühüm addımdır: “İndi dünyadakı ən uzun sualtı kabelin çəkilməsi üçün texniki-iqtisadi əsaslandırma və hazırlıq var”.

K.Radu qeyd edib ki, layihənin başa çatması üçün bir çox ciddi Aİ şirkəti cəlb olunacaq və bu, Qara dəniz regionu üçün yaxşı cəhətdir.

“Bu şirkətlər Azərbaycan və Gürcüstanın hakimiyyət orqanları ilə sıx əlaqədə işləyəcəklər”, - ekspert bildirib.

Politoloq həmçinin hesab edir ki, bu enerji qovşağına Moldovanı da inteqrasiya etmək üçün real imkanlar var.

Son xəbərlər

Orphus sistemi