“Petrobras” oktyabrda karbohidrogen hasilatını 8% artırıb

Energetika
  • 28 noyabr, 2018
  • 07:31
“Petrobras” oktyabrda karbohidrogen hasilatını 8% artırıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Braziliyanın dövlət neft-qaz nəhəngi “Petrobras” şirkəti “Lula” yatağındakı “P-69” platformasında hasilatın başlanması sayəsində karbohidrogen hasilatını 8% artırıb.

“Report” şirkətin məlumatına istinadən xəbər verir ki, korporasiyanın Braziliya və onun hüdudlarından kənar hasilatı ötən ay gündəlik olaraq 2,66 mln. barel neft ekvivalentinə bərabər olub. Eyni zamanda, 2,54 mln. barel ölkədə hasil edilib. Hasilatın artımına bir sıra layihələrdə təmir işlərinin yekunlaşmasının təsir etdiyi qeyd edilib.

“Petrobras” şirkətinin səhmdarlarının xalis mənfəəti 2018-ci ilin 9 ayının nəticələrinə əsasən, 5 dəfə artaraq 3,67 mlrd. real və ya 6,4 mlrd. dollar, yəni hər bir səhm üçün 1,82 real və ya 0,5 dollar təşkil edib.

Bu ilin üçüncü rübünün nəticələrinə görə, “Petrobras”ın səhmdarlarının payına düşən xalis mənfəət təxminən 25 dəfə artaraq 6,644 mlrd. real və ya 1,8 mln. dollar, yaxud hər bir səhm üçün 0,51 real və ya 0,138 dollar olub.